30-cu “sülh”

“Qarabağ” Azərbaycan kubokunda 30-cu heç-heçəsini edib.

Komanda.az xəbər verir ki, bu, “Zirə” ilə final matçında gerçəkləşib.

Görüşün 120 dəqiqəsi 1:1 hesabı ilə başa çatıb. Ağdamlılar penaltilər seriyasında 4:3 hesablı qələbə qazanıb. “Qarabağ” 153-cü oyununda 30-cu sülhə imza atıb. Bunlardan 11-i evdə, 18-i səfərdə və 1-i neytral meydandakı finala təsadüf edib.

Yalnız “Neftçi” kubokda daha çox – 38 dəfə heç-heçə oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button