3 ölkənin FİFA-ya üzvlüyü dayandırıldı – Rusiya isə…

Pakistan, Zimbabve və Keniyanın FİFA-ya üzvlüyü dayandırılıb.

Komanda.az xəbər verir ki, bu barədə qərar FİFA-nın Qətərin paytaxtı Dohada keçirilən 72-ci konqresində qəbul olunub.

Rusiyanın da üzvlükdən kənarlaşdırması və ya üzvlüyünün dayandırılması məsələnin səsverməyə çıxarılacağı gözlənilirdi. Amma konqresdə bu məsələ qaldırılmayıb.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button