3 klub onu istəyir, “Yuventus” isə…
İtaliyanın “Yuventus” klubunun forvardı Moyze Kin bir neçə klubun maraq dairəsindədir.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu, “İnter”, “Everton” və “Borussiya” (Dortmund) klublarının maraq dairəsindədir.
“Yuventus” isə futbolçunu azad agent kimi göndərmək niyyətində deyil. “Qoca sinyora” müqaviləsi gələn il başa çatacaq futbolçuya yeni təklif hazırlayır. Yeni müqaviləylə, Turin təmsilçisi, italiyalı futbolçuya ildə 2 milyon avro+bonuslar təklif edəcək.
2017-ci ildən “Yuventus”un şərəfini qoruyan Kin, son mövsüm iştirak etdiyi 17 oyunda 7 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin