Fatinin xidmətində maraqlı olan 3 klub var

“Barselona”nın hücumçusu Ansu Fati hələ də bu transfer pəncərəsində komandasını tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu ilə hazırda üç klub maraqlanır.

21 yaşlı forvard uğrunda yarışda “Sevilya”, “Vulverhempton” və “Benfika” iştirak edir. “Barselona” onu mövsümün sonuna qədər icarəyə vermək istəyir ki, Fatinin maaşının yarısı yeni klubu tərəfindən ödənilsin.

Ansu Fati ötən mövsüm icarə əsasında İngiltərə Premyer Liqasında – “Brayton”da çıxış etsə də, “qağayılar”ın rəhbərliyini qane etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button