3 illik müqavilə, 7 milyon məvacib
“Yuventus”un hücumçusu Paulo Dibala böyük ehtimalla, karyerasını elə A Seriyasında davam etdirəcək.
Komanda.az xəbər verir ki, “İnter” argentinalı futbolçuya sərfəli təklif göndərib. Milan nəhəngi Dibalaya 3 illik müqavilə təklif edir. Hücumçu təklifi qəbul etsə, illik məvacibi 7 milyon avro olacaq.
Dibala ilə İngiltərə “Nyukasl”ı da maraqlanır. “Sağsağanlar”ın da təklifi cəlbedicidir. Ona həftədə 200 min funt məvacib vəd olunur ki, bu da “Nyukasl” tarixi üçün rekorddur.
Argentinalının xidmətində “Mançester Yunayted”lə “Arsenal”ın da maraqlı olduğu bildirilir.
Dibala “Yuve”də 2015-ci ildən çıxış edir. Onun müqaviləsi bu yay başa çatır. Hücumçu Turin klubunu azad agent kimi tərk edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin