“3 hakimdən 2-si cəhənnəmlikdir” – Azər Bağırov

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikkəri oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 1:5 hesablı məğlubiyyəti belə şərh edib:

“Oyuna itkilərlə çıxmışdıq və bilirdik ki, ağır olacaq. Ehtiyyat oyunçular skamyamız çox kasad idi. Birinci hissədə nəyisə dəyişə biləcəyimizi düşünürdük, lakin təəssüf ki, alınmadı.

Bir oyun azlıqda oynamışıq və ehtiyat skamyamız, demək olar ki, yox idi. Olduğumuz yerlərdə daha az qol buraxmağa çalışmışıq, lakin boşluqlarımız var. Keyfiyyət barəsində danışmaq istəmirəm, çünki oyunçular mənimdir. O xalları bu futbolçularla yığacağıq. Dəyişikliklər olacaq və bilirik ki, kimlər dəyişməlidir. Zaman gələndə dəyişilicək.

Hakim elə mövzudur ki, bu, bütün dünyada qarışıqdır. 3 hakimdən 2-si cəhənnəmlikdir. Elə davranmaq lazımdır ki, düzgün qərarlar verilsin. Bilsinlər ki, heç nə əvəzsiz deyil və o verdikləri qərar onlara yedizdiriləcək”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button