“Üç gündən bir oyun keçirməyin mənası yoxdur” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola FİFA-nın Klublararası dünya çempionatının yeni formatı haqda danışıb.
Klublararası dünya çempionatı yeni formatla ilk dəfə 2025-ci ildə ABŞ-da keçiriləcək. Yarışda 32 komanda mübarizə aparacaq. Onların arasında “Mançester Siti” də var.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, Qvardiola bu çempionatı tənqid edib:
“Mən yeni yarışların əleyhinə deyiləm. Amma üç gündən bir oyun keçirməyin mənası yoxdur. Mövsümöncəsi maliyyə problemlərinə görə Asiya və ABŞ-a getmək futbolçular üçün çox çətin olur. Mən nə edə bilərəm? Biz ABŞ-a yollanacağıq və dünya çempionatında mümkün olduğu qədər yaxşı oynayacağıq. Onlar yarış təşkil etməyə qərar veriblər. Yaxşı. Biz də buna uyğunlaşmalıyıq”.
Yeni formata əsasən, oyunçuların sağlamlıq problemlərini həll etmək üçün iştirakçılara matçlar arasında üç günlük istirahət müddəti veriləcək. 2021, 2022, 2023 və 2024 Çempionlar Liqasının qalibləri turnirdə iştirak etmək hüququ qazanacaqlar. Qalan yerləri UEFA əmsallarında ən yüksək yer tutan komandalar tutacaq. FİFA rəhbərliyinin fikrincə, yeni format komandalar arasında rəqabəti artıracaq.
Bizi Facebook-da izləyin