3 futbolçuya 3 oyunluq cəza, “Zirə”yə texniki məğlubiyyət verildi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
Gənclər Liqasının “Kəpəz” – İCBFA oyununda “Kəpəz”in futbolçusu Kənan Əliyev təcavüzkar davranışa (rəqibini vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb. İCBFA-nın futbolçusu Cavanşir Tahirov təcavüzkar davranışa (rəqibini vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.
Gənclər Liqasının “Sumqayıt” – “Qarabağ” oyununda “Qarabağ”ın futbolçusu Mühamməd Babayev təcavüzkar davranışa (rəqibini vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.
U-16 Liqasının “Səbail” – “Zirə” qarşılaşması “Zirə” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün baş tutmadığına görə “Zirə”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Bizi Facebook-da izləyin