
3 futbolçu Azərbaycan millisinin heyətindən çıxarılıb
Üç futbolçu Azərbaycan millisinin heyətindən çıxarılıb.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Cəzalı Elvin Cəfərquliyev, zədəli Rahil Məmmədovla yanaşı, yarımmüdafiəçi Mustafa Əhmədzadə də UEFA Millətlər Liqasının 6-cı turunda səfərdə İsveçlə matçda iştirak etməyəcək.
Əhmədzadə viza ala bilmədiyi üçün İsveçə aparılmayıb.
Noyabrın 19-da “Strouberri Arena”da təşkil olunacaq İsveç – Azərbaycan matçı saat 23:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin