3 futbolçu Azərbaycan millisinin heyətindən çıxarılıb

Üç futbolçu Azərbaycan millisinin heyətindən çıxarılıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Cəzalı Elvin Cəfərquliyev, zədəli Rahil Məmmədovla yanaşı, yarımmüdafiəçi Mustafa Əhmədzadə də UEFA Millətlər Liqasının 6-cı turunda səfərdə İsveçlə matçda iştirak etməyəcək.

Əhmədzadə viza ala bilmədiyi üçün İsveçə aparılmayıb.

Noyabrın 19-da “Strouberri Arena”da təşkil olunacaq İsveç – Azərbaycan matçı saat 23:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button