
3-cü dövrəyə “Ekspress”lə start veriləcək
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 3-cü dövrəyə martın 15-də start veriləcək.
Komanda.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin gün 11-ci turda “Ekspress” – “Neftçi” və “Murov” – “Sərhədçi” görüşləri keçiriləcək. Oyunlar müvafiq olaraq saat 16:00-da və saat 18:00-da başlayacaq.
Martın 18-də isə 12-ci turun oyunları keçiriləcək. Meydana ilk olaraq saat 15:00-da MOİK və “Neftçi” komandaları çıxacaq. Bu qarşılaşmadan iki saat sonra “Murov” – “Ekspress” görüşü start götürəcək. Oyunlar “Murov” klubunun idman zalında baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin