
“Qarabağ”ın rəqibinin futbolçusu “Real”ın “radar”ındadır
“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Ayntraxt”ın müdafiəçisi Nataniel Brauna Avropanın top klubları arasında tələbat var.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, “Real”, “Arsenal” və “Mançester Siti” almaniyalı futbolçuyla müqavilə bağlamaqda maraqlıdır.
Braunun “Ayntraxt”la müqaviləsi 2030-cu ilin iyununun sonunda başa çatacaq. 22 yaşlı müdafiəçi bu mövsüm 8 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Frankfurt klubu 6 matçdan sonra Bundesliqanın turnir cədvəlində yeddinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



