“Hər kəsə qalib gələ bilərik” – Ten Haq
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə kubokunun 1/4 finalında “Liverpul”la 120 dəqiqə davam edən dramatik oyunda (4:3) qələbənin mümkün effekti ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, niderlandlı məşqçi əvvəl də bir neçə çox yaxşı qələbələrinin olduğunu bildirib:
“Bu mənim ən yaxşı qələbəmdir? Daha bir neçə çox yaxşı qələbələrim olub. Bu, heyrətamiz şeylər yarada biləcəyimizə inamımız, enerjimiz olduğu an ola bilər. Düşünürəm ki, “Liverpul”u bacardığımız kimi məğlub edə bilsək, hər kəsə qalib gələ bilərik”.
“Mançester Yunayted” Premyer Liqanın turnir cədvəlində 28 matçda 47 xal toplayaraq 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin