Kloop: “Salahın qayıtmasına şadam”
“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandanın hücumçusu Məhəmməd Salahın qol rekordu haqda danışıb. “Sparta” ilə Avropa Liqasının 1/8 finalında (6:1) qol vuran misirli forvard klubunun tarixində ardıcıl yeddi mövsümdə ən azı 20 qol vuran ilk futbolçu olub.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi misirli futbolçunun rekorduna təəccüblənmədiyini bildirib:
“Bu məni təəccübləndirmir, çünki Salah əla oyunçudur. Düzünü desəm, düşünürdüm ki, o, artıq bu rekordu vurub. Amma Salah bir müddət xəstəxanada idi, ona görə də… Əks halda, 20-ci qolunu yanvar və ya fevralda vuracaqdı. Beləliklə, bu, sadəcə olaraq, çox xoş bir andır. Salahın qayıtmasına şadam”.
Salah bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 31 oyun keçirib, 20 qol vurub, 13 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin