“29 yaşlı futbolçu bu cür səhv etməməlidir” – Baxşıyev

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 19-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçı belə şərh edib:

“Dinamik oyun alındı. Hava şəraitinə baxmayaraq, komandalar sürətli oyun nümayiş etdirdilər. Üstünlüyə sahib idik. Əlimizə düşən epizodları dəyərləndirə bilmədik.

Penalti epizodu ilə də bağlı öz fikrimi bildirəcəm. Bizim müdafiəçimiz imkan yaratdı ki, penalti olsun. Diqqətsizlik etdi. 29 yaşlı futbolçu bilməlidir ki, rəqibini vurursa, penalti veriləcək. İlk turdan optimal “Qəbələ” görmək istəyirəm. Amma hər oyun qırmızı vərəqələr, öz səhvimizdən buraxdığımız qollar… İnanıram ki, səhvlərimizi düzəldəcəyik. Bu səhvi Nicat Əliyev etsə, başa düşərəm. 29 yaşlı futbolçu bu cür səhv etməməlidir. Fərdi səhvdən məğlub olduq.

Kristof Atanqana ilk turlarda səhvlər etdi, Rəşad Əzizlini qapıya qoyduq. Bütün oyunçularıma inanıram. Lukas Afriko güvəndiyim futbolçudur. Dərk etməlidir ki, komandanı belə vəziyyətdə qoymaq olmaz”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button