“Çelsi”nin futbolçusu icarədən geri qayıdıb
Müqavilə ilə “Çelsi”yə məxsus olan Çezar Kasadey London təmsilçisinə qayıdıb.
Komanda.az klubun məbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ötən ilin yayından icarə əsasında “Lester”də oynayıb. “Lester” Kasadeyi heyətində saxlamaq istəməyib. Buna görə də o, “Çelsi”yə qayıdıb.
Hazırda Kasadeyin mövsümün sonuna qədər “Çelsi”də qalacağı, yoxsa başqa kluba icarəyə göndəriləcəyi məlum deyil.
Kasadey 2022-ci ilin avqustunda 14,86 milyon avroya “İnter”dən “Çelsi”yə keçib. O, bu mövsüm “Lester”in heyətində bütün turnirlərdə 25 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun London klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına kimi qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin