28 tur, 24 futbolçu, 31 qol
“Qəbələ” 2018/19 mövsümünü başa vurub.
Komanda.az xəbər verir ki, mövsüm ərzində UEFA Avropa Liqası, Azərbaycan kuboku və Premyer Liqada mübarizə aparan “qırmızı-qaralar” ümumilikdə 35 oyun keçirib.
Komanda 4-cü yeri tutduğu Premyer Liqada 28 matçda qüvvəsini sınayıb. “Qəbələ”nin çalışdırıcısı Sənan Qurbanov bu matçlarda 24 futbolçuya şans verib. Onlardan üçü – Ürfan Abbasov, Ceyms Adeniyi və Stiven Monroz hamıdan çox – 25 dəfə meydana çıxıb. Çempionatda 2163 dəqiqə oynayan Abbasov komanda yoldaşlarını qabaqlayıb. 24 futbolçudan 13-ü matçların yarıdan çoxunda şans qazanıb.
Mövsüm ərzində 31 qol vuran “Qəbələ”nin heyətində 12 futbolçu fərqlənib. “Qırmızı-qaralar”ın ən yaxşı bombardiri Ceyms Adeniyidir. Nigeriyalı legioner 10 qola imza atıb. Stiven Monrozun hesabında 6 top var. Rauf Əliyev 4, Davit Volkov 2 dəfə rəqib qapılarına yol tapıb. Digər 8 futbolçu hərəyə 1 dəfə qol sevinci yaşayıb. 31 qoldan biri rəqibin avtoqolu sayəsində gerçəkləşib. Bəxtiyar Həsənalızadə (Zirə) öz qapısına qol vurub.
Bizi Facebook-da izləyin