28 final oyunu, 17 baş hakim
Azərbaycan kubokunun indiyədək keçirilən 28 final matçını 17 baş hakim idarə edib.
Komanda.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, 1992-ci ildən keçirilən yarışın şərikli rekordçuları Fariz Yusifovla Əliyar Ağayevdir.
Onlar hamıdan çox – hərəyə 4 dəfə həlledici görüşdə ədaləti qoruyublar.
Vüsal Əliyev və Xaqani Məmmədov 3, Tahir Süleymanov 2 final idarə edib. Digər 12 referi isə hərəyə 1 dəfə finalda baş hakim funksiyasını yerinə yetirib.
Bunlar Gülağa Cabarov, Orucəli Durmuşov, Nüvər Xasıyev, Asim Xudiyev, Məhəmməd Məmmədov, İmanxan Sultani, Manuel Qrafe (Almaniya), Elçin Məmmədov, Rəhim Həsənov, Rauf Cabarov, İnqilab Məmmədov və Elçin Məsiyevdir.
Bu gün “Neftçi” və “Qəbələ” arasında oynanılacaq final görüşü saat 20:00-da başlayacaq.
Bizi Facebook-da izləyin