
Avropa Liqası: “Qarabağ” azarkeş sayına görə 14-cüdür
UEFA Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı məlum olub.
Komanda.az xəbər verir ki, “Qarabağ” və İsveç “Hakken”i arasında Höteborqda keçirilən qarşılaşmanı tribunalarda 8124 tərəfdar izləyib.
Bu, 16 matç arasında 14-cü olub. Görüş tamaşaçı sayı baxımından cəmi iki oyunu qabaqlayıb.
Qarşılaşma “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə bitib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin