İtaliya klubu hücumçusunu “Tottenhem”ə satmayacaq

“Sassuolo”nun baş direktoru Covanni Karnevali klubun hücumçu Arman Lorienteni “Tottenhem”ə satmaq fikrində olmadığını bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi, 24 yaşlı futbolçu ilə bağlı danışıqlara girmək fikrində olmadıqlarını deyib:

“Yayda Loriente üçün heç bir rəsmi təklif almadıq. Biz futbolçu ilə bağlı hansısa təklifi müzakirə etmək və ya danışıqlara girmək fikrində deyilik”.

Loriente 2022-ci ilin avqustundan “Sassuolo”da çıxış edir. O, komandanın heyətində 35 oyunda 8 qol vurub, 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button