“Böyük Dəbilqə”: İki cüdoçu bürünc medal görüşünə çıxacaq
Azərbaycan cüdoçusu Uşangi Kokauri Monqolustanın paytaxtı Ulan-Batorda təşkil olunan “Böyük Dəbilqə”də yarımfinal görüşünü keçirib.
Komanda.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı neytral statusda çıxış edən rusiyalı cüdoçu İnal Tasoyevlə üz-üzə gəlib. Rəqibinə məğlub olan Kokauri bürünc medal uğrunda monqolustanlı Tsetsentsengel Odxuuya rəqib olub.
100 kq-dakı Zelim Kotsoyev üçüncülük qarşılaşmasında digər rusiyalı Arman Adamyanla qarşılaşacaq.
Bu gün tatamiyə çıxan Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 90 kq), Camal Qamzatxanov (+100 kq) əvvəlki raundlarda medal şanslarını itirib.
Daha əvvəl Yaşar Nəcəfov (66 kq) bürünc medala sahib çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin