“Futbolçunu milliyə göndərib-göndərməmək klubun səlahiyyətində olmalıdır” – Klub prezidenti
“Napoli”nin prezidenti Aurelio de Laurentis futbolçuların milli komandaların oyunları zamanı zədə almalarından danışıb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub prezidenti oyunçuların millinin oyunları zamanı zədələnməsinə məyus olduğunu bildirib:
“Məncə, 25 yaşdan yuxarı yaşı olan oyunçular da milli komandada oynamamalıdır. Çağırılan futbolçunu milliyə göndərib-göndərməmək klubun səlahiyyətində olmalıdır. Məsələn, yoldaşlıq görüşüdürsə, klubun imtina etmək imkanı olmalıdır.
Bir futbolçu üçün 50 milyon avro ödəmişəmsə və o, yenidən zədələnsə, onda milli komanda onun oyundan kənar qalacağı bütün müddət ərzində kluba hər günün xərcini ödəməlidir. Neymarı xatırlayın”.
Braziliya millisinin hücumçusu Neymar DÇ-2026-nın seçmə mərhələsində Uruqvayla oyunun birinci hissəsinin sonunda aldığı zədəyə görə meydanı göz yaşları içində tərk etmişdi. Futbolçunun ön çarpaz bağının qırıldığı təsdiqlənib. Onun bir neçə ay yaşıl meydandan kənarda qalacağı bildirilib.
Bizi Facebook-da izləyin