25 sabiq futbolçu İngiltərə Futbol Federasiyasını məhkəməyə verib
25 sabiq futbolçu, o cümlədən Premyer Liqada çıxış etmiş üç oyunçu, İngiltərə Futbol Federasiyasını beyin zədələrindən kifayət qədər müdafiə etməməkdə ittiham edərək məhkəməyə verib.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ilk məhkəmə iclası yeni ilə təyin edilib. Kompensasiya istəyən bütün oyunçular beyin sarsıntısından sonrakı sindrom kimi qalıcı nevroloji zədələrdən əziyyət çəkirlər.
Hazırda iddiaçılar anonimliklərini saxlamağa üstünlük verirlər, lakin bu iş üzrə ilk məhkəmə iclasının keçiriləcəyi vaxt bundan imtina edə bilərlər. Məlumata görə, keçmiş futbolçuların əksəriyyətinin 60-70 yaşı var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin