25 milyon avroya “Liverpul”a buraxmayıblar – Ağlayıb

“Krakov”un ukraynalı yarımmüdafiəçisi Yevgeni Konoplyanka “Liverpul”da oynaya bilərmiş.

Komanda.az xəbər verir ki, futbolçu “Dnepr”də çıxış edərkən “Liverpul” onu transfer etmək istəyib. Bunun üçün “Dnepr”ə 25 milyon avro təklif olunub. Amma rəhbərlik onu buraxmayıb. Konoplyanka həmin vaxt ağladığını etiraf edib:

“Dnepropetrovska Liverpuldan ciddi adamlardan ibarət nümayəndə heyəti gəlmişdi. Biz nahar etdik. İqor Kolomoyskinin istədiyi qədər ödəyəcəkdilər. Martin Şkrtel mənə mesaj yazdı: “Biz səni gözləyirik”. Stiven Cerrard da xeyir-dua verdi. Kolomoyskinin yanına getdim. Ona dedim ki, xahiş edirəm, lütfən, lütfən, məni buraxın, arzumu yerinə yetirmək istəyirəm. Az qala yalvarırdım. “Liverpul” 25 milyon avro təklif edirdi. Amma Kolomoyski fikrindən dönmədi. Mən isə ağlayırdım. Ancaq onu deyim ki, sonradan “Sevilya”ya keçdiyim üçün də məyus olmadım”.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button