Dünya kuboku: Azərbaycan gimnastları gümüş medal qazanıblar

Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Ağasif Rəhimov və Raziyə Seyidli Belçikanın Antverpen şəhərində keçirilən dünya kubokunda gümüş medal qazanıblar.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, cütlük qarışıq hərəkətlər proqramında ikinci yeri tutub.

Eyni şəhərdə keçirilən “Flanders Acro Cup” beynəlxalq turnirində isə Azərbaycanın qadın gimnastları Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qrup qarışıq hərəkətlər proqramında qızıl medala layiq görülüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button