Hiddinki qovdular

22 yaşadək futbolçulardan ibarət Çin millisinin baş məşqçisi Qus Hiddink vəzifəsindən ayrılıb.

Komanda.az “foxsportsasia.com” saytına istinadən xəbər verir ki, Çin Futbol Assosiasiyası Hiddinki istefaya göndərib. Qurum, Hiddinklə mətbuatla danışıq tərzini bəyənmədiyi və Vyetnama məğlubiyyətə görə yollarını ayırıb.

Hiddink 2018-ci ilin sentyabrından Çinin U-21-nə, 2019-cu ilin yanvarından U-22-nə rəhbərlik edirdi.

Hiddink “Real”, “Çelsi”, “Fənərbaxça”, “Valensiya” kimi klublarda və Rusiya, Türkiyə, Hollandiya, Avstraliya kimi yığma komandalarda baş məşqçi işləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button