21 yaşlı gürcü məşhur Fransa klubunda

Batumi “Dinamo”sunun və Gürcüstan millisinin yarımmüdafiəçisi Zuriko Davitaşvili karyerasını Fransada davam etdirəcək.

Komanda.az Liqa 2-də mübarizə aparan “Bordo”nun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı oyunçu cari mövsümün sonunadək icarəyə götürülüb.

Anlaşmada nəzərdə tutulan bəndə əsasən, “Bordo” sonradan gənc oyunçunun transfer hüquqlarına da yiyələnə bilər.

Tiflis “Dinamo”sunun yetirməsi olan Davitaşvili Rusiyanın “Rubin”, “Rotor” və “Arsenal” klublarında da çıxış edib. Onun Batumi təmsilçisi ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button