21 yaşlı futbolçunu ildırım vurdu

Braziliyanın “Uniau Japirense” klubunun 21 yaşlı futbolçusu Kayo Enrike de Lima oyun zamanı ildırım vurması səbəbindən vəfat edib.

Komanda.az “Globo Esporte”-yə istinadən xəbər verir ki, hadisə həvəskarlar arasında regional kubok matçı zamanı yaşanıb.

Daha 6 futbolçu isə bədənindən ağır yanıq xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Japira meriyası futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button