21 yaşlı futbolçu baş məşqçi təyin olundu
İslandiya futbolunda maraqlı təyinat gerçəkləşib.
Komanda.az xəbər verir ki, 4-cü liqa təmsilçisi “Einherji” 21 yaşlı Helgi Snaer Agnarssonu baş məşqçi təyin edib.
Maraqlıdır ki, sözügedən klub gənc futbolçunu 2-ci liqa təmsilçisi “Fjölnir”dən icarəyə götürüb. Bir sözlə, Agnarsson yeni komandasında həm futbolçu kimi oynamaq şansı qazanacaq, həm də baş məşqçilik edəcək.
Agnarsson bu transferlə bağlı açıqlama verib və təyinatına münasibət bildirib: “Çox həyəcanlıyam. “Einherji”də həm oynayacaq, həm də baş məşqçilik edəcəyəm. Möhtəşəm keçmişə malik bir klubdayam. Qarşıdakı yayı unudulmaz etmək üçün əlimdən gələni edəcəyəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin