Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı SİYAHI

21 yaşadək futbolçulardan ibarət Slovakiya millisinin Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Fransa ilə oyunlar üçün heyəti açıqlanıb.

Komanda.az Slovakiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Yaroslav Kentoş 24 futbolçunu yığmaya dəvət edib:

Qapıçılar: David Şipoş (“Nitra”), Samuel Petraş (“Jilina”), İvan Krayçirik (“Rujomberok”);

Müdafiəçilər: Martin Şulek (“Trenkin”), Kristian Vallo, Branislav Sluka (hər ikisi “Jilina”), Lukaş Fabiş (“Nitra”), Dominik Şpiryak (“Pohronye”), Gerqeli Tumma (“Spartak”, Trnava), İvan Mesik (“Norşelland”), Matuş Voytko (“Zemplin”);

Yarımmüdafiəçilər: Peter Pokornı (“Senkt-Polten”), Miroslav Qono, Patrik Misloviç, David Dyuriş, Yan Bernat (hamısı “Jilina”), Kristian Herç (“Karvina”), Yakub Kadak (“Trenkin”), Tomaş Suslov (“Qroningen”), Martin Koval (“Zlate Moravçe-Vrable”), Marian Çobot (“Nitra”);

Hücumçular: Lyubomir Tupta (“Verona”), David Streleç (“Slovan”), Ladislav Almasi (“Rujomberok”).

Slovakiya U-21 oktyabrın 8-i evdə Azərbaycanla, 4 gün sonra isə səfərdə Fransa ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button