AFFA UEFA-ya müraciət edəcək – AÇ-nin oyununun təxirə salınması üçün
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilməli olan İsveçrə – Azərbaycan görüşü təxirə salına bilər.
Bu barədə AFFA-nın vitse-prezidenti, AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Komanda.az-a müsahibəsində deyib. O, dünyada geniş yayılan koronavirus pandemiyasına görə İsveçrə ilə oyunun təxirə salınmasıyla bağlı İsveçrə Futbol Federasiyasına və UEFA-ya müraciət edəcəklərini bildirib.
İsveçrə – Azərbaycan oyunu martın 26-da keçirilməlidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin