“Fransa səviyyəsində oynaya bilmərik” – Obradoviç
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsində Fransaya məğlub olduqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, AFFA-nın saytına danışan serbiyalı mütəxəssis, 0:5 hesabıyla bitən görüşü belə şərh edib:
“Rəqib haqda əlavə nəsə deməyə ehtiyac yoxdur. Hamı necə komandaya qarşı oynadığımızı yaxşı başa düşürdü. Təəssüf ki, ilk üç qolu hədiyyə etdik. Əlbəttə, Fransa yığması qələbəyə layiq idi, buna şübhə ola bilməz. Amma biz də ən azı bir qol vurmağa layiq idik. Alınmadı. Futbolçulara da dedim, daha yaxşı oynaya bilərdik. Təbii ki, Fransa səviyyəsində oynaya bilmərik. Rəqib hər şeydə bizdən çox irəlidədir. Artıq bu oyun geridə qaldı. Yaxşı istirahət etməli, enerji toplamalıyıq. Çünki qarşıda bizi İsveçrə ilə oyun gözləyir. Özümüz üçün analizlər edəcəyik, İsveçrənin heyətini öyrənməyə çalışacağıq”.
Bizi Facebook-da izləyin