Azərbaycan millisi ilə oyuna 24 futbolçu çağırıldı

21 yaşadək futbolçulardan ibarət Ukrayna milli komandasının AÇ-2021-nin seçmə mərhələsində Danimarka və yoxlama oyununda Azərbaycanla qarşılaşacağı matçlar üçün heyəti açıqlanıb.

Komanda.az Ukrayna Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Ruslan Rotan 24 futbolçuya dəvət göndərib:

Qapıçılar: Vladislav Kuçeruk, Ruslan Neşeret (hər ikisi “Dinamo”, Kiyev), Oleq Bilik (“Aleksandriya”);

Müdafiəçilər: Denis Popov (“Dinamo”, Kiyev), Valeri Bondar (“Şaxtyor”, Donetsk), Yuxim Konoplya (“Desna”), Yevgeni Çeberko (“Zarya”), Vladislav Baboqlo, Timur Steçkov (hər ikisi “Aleksandriya”), Viktor Kornienko, Aleksey Bıkov (hər ikisi “Mariupol”), Boqdan Milovanov (“Sportinq-B”, İspaniya), Roman Vantux (“Olimpik”);

Yarımmüdafiəçilər: Nikolay Şaparenko, Georgi Çitaişvili (hər ikisi “Dinamo”, Kiyev), Boqdan Lednev (“Zarya”), Yevgeni Smirnıy (“Kolos”), Maksim Çex, Dmitri Topalov, Vladislav Vakula (hamısı “Mariupol”), Axmed Alibekov (“Slovan”, Çexiya), Sergey Buleça (“Dnepr-1”);

Hücumçular: Vladislav Supryaqa (“Dnepr-1”), Nazari Rusin (“Zarya”).

Ukrayna millisi noyabrın 15-də Danimarka, 19-da isə Bakıda Azərbaycan millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button