Azərbaycan millisinin Bakıdakı oyunlarının başlama saatı məlum oldu

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların başlama vaxtı məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Noyabrın 12-də Avstriya, 16-da Norveç komandası ilə 8-ci km stadionunda keçiriləcək oyunlar saat 20:00-da başlayacaq.

Azərbaycan millisi A qrupunda Norveç, Xorvatiya, Avstriya, Finlandiya və Estoniya ilə mübarizə aparır. Yığma 2 oyundan 0 xalla 5-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button