
Avropa çempionatı: Azərbaycan – Estoniya matçının stadionu bilindi
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Estoniya yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan – Estoniya qarşılaşması martın 25-də Sumqayıt şəhər stadionunda keçiriləcək.
Oyunun başlama saatı hələ məlum deyil.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin