AÇ-2023: Azərbaycan – Xorvatiya matçının hakimləri bilindi
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də, saat 20:30-da Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Xorvatiya oyununun hakimləri açıqlanıb.
Komanda.az xəbər verir ki, matçı Çexiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Andrey Berkaya olacaq. Ona yan xətt hakimləri İvo Nadvornik və Matey Vltsek kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Pavel Orel yerinə yetirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin