İtaliya millisində baş məşqçi ayrılığı
21 yaşadək futbolçulardan ibarət İtaliya milli komandasının baş məşqçisi Luici Di Byaco vəzifəsindən ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 48 yaşlı mütəxəssisin rəhbərlik etdiyi kollektiv AÇ-2019-da qrup mərhələsini 2-ci yerdə tamamlayaraq, mundialda mübarizəni dayandırıb.
Di Byaco 2013-cü ildən İtaliya millisinin U-21 komandasına rəhbərlik edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin