Azərbaycan millisinin sabiq üzvü “Sabah”dan CAS-a şikayət etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq futbolçusu Oleq Karnaux “Sabah” klubundan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, 21 yaşlı qapıçının şikayətinə aprelin 23-də baxılıb. Məsələ ilə bağlı yekun qərar hələ açıqlanmayıb.

Oleq “Sabah”la 2019-cu ilin yayında üç illik müqavilə imzalamışdı. Ukraynalı futbolçu Azərbaycan təmsilçisi ilə heç bir oyuna çıxmamış və 2020-ci ilin iyulunda müqaviləsinə xitam verilmişdi. Oleq sözləşməsinə vaxtından əvvəl xitam verildiyi üçün “Sabah”dan şikayət edib.

Karnaux Azərbaycanın U-21 yığmasına dəvət alsa da, millidə debüt etməyib. Qapıçı hazırda Ukraynanın “Yarud Mariupol” klubunda çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button