Azərbaycan millisinin Xorvatiya ilə oyunu ukraynalılara tapşırıldı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Velika Qoritsa şəhərindəki şəhər stadionunda keçiriləcək Xorvatiya – Azərbaycan oyununun hakimləri açıqlanıb.

Komanda.az xəbər verir ki, qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Denis Şurman olacaq. Ona yan xətt hakimləri Aleksandr Korniyko və Viktor Nijnik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Viktor Kopievski yerinə yetirəcək.

Sentyabrın 2-də keçiriləcək Xorvatiya – Azərbaycan oyunu saat 21:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button