Azərbacan millisini darmadağın edən baş məşqçi: “…effektli oynaya bilmədik”
21 yaşadək futbolçulardan ibarət Fransa milli komandasının baş məşqçisi Silven Ripol AÇ-2021-nin seçmə mərhələsində Azərbaycanı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Ripol, 5:0 hesabıyla qələbə qazandıqları oyunu belə şərh edib:
“Seçmə mərhələdə bizim üçün yaxşı başlanğıc oldu. İlk oyunda qələbə qazanmaq xoşdur.
Topa sahib olan, oyuna nəzarət edən biz idik. Çoxsaylı qol imkanları yaratsaq da, onlardan yararlanmaq üçün dəqiqlik çatmadı. Xüsusən də, ikinci hissədə effektli oynaya bilmədik. Daha böyük hesabla qalib gələ bilərdik. Bəzi futbolçularımızın potensialı böyükdür. Ancaq hücumları məntiqi sonluğa çatdırmağı və hücum keyfiyyətini yaxşılaşdırmalıyıq”.
Bizi Facebook-da izləyin