Azərbaycan millisi Özbəkistana məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ikinci oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Özbəkistandan olan həmyaşıdları ilə qarşılaşıb. Azərbaycan futbolçuları bu oyundan minimal hesabla məğlub ayrılıblar.

Azərbaycanın U-21 millisi turnir çərçivəsində ilk oyunda Ukraynanı məğlub edib – 1:0.

Valeri Lobanovskinin xatirə turniri

27 may

Azərbaycan U-21 – Özbəkistan U-21 0:1
Qol
: J.Jaloliddinov, 75.

Azərbaycan: 1. Rüstəm Samiqullin, 2. Zamiq Əliyev, 3. Arsen Ağcabəyov, 20. Elçin Mustafayev, 18. Cəlal Hüseynov, 16. Ədilxan Qarəhmədov, 10. Veysəl Rzayev (11. Şakir Seyidov, 61), 8. Səbuhi Abdullazadə, 21.Vüsal Əsgərov (19. Asim Əlizadə, 61), 15. Camal Cəfərov (17. Rüfət Abdullazadə, 66), 6. İsmayıl Zülfüqarlı (9. Musa Qurbanlı, 61).
Ehtiyat oyunçular: 12. Əlirza Musatafazadə, 5. Rauf Hüseynli, 23. Rüfət Əhmədov, 4. Mert Çelik, 7. Turan Vəlizadə.
Baş məşqçi: Milan Obradoviç.

Özbəkistan: 12. Çukron Yuldaşov, 2. Saidazamat Mirsaidov, 3. Dostonbek Tursunov, 4. Şoxjaxron Sultanmuradov, 6. Bexzod Şamsiyev, 8. İbrohim İbrahimov, 11. Otabek Jurakuziyev, 14. Bektemir Abdumannonov, 16. Abdurauf Buriev, 19. Temur Mamasidikov, 22. Alişer Odilov.
Ehtiyat oyunçular: 5. Diyor Xolmatov, 7. Xusain Norçayev, 9. Ulugbek Xoşimov, 10. Jasurbek Jaloliddinov, 13. Eldorbek Begimov, 15. Odilbek Abdumadjidov, 17. Rusian Roziyev, 18. Sunnatullox Xamidjonov, 20. Diyorbek Raximkulov, 21. Xamidullo Abdunabiyev, 23. Rizo Turdialiev.
Baş məşqçi: Timur Kapadze.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button