Yaş 23, oyun 200!
“Tottenhem” İngiltərə Premyer Liqasının 17-ci turunda “Vulverhempton”u məğlub edib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, 2:1 hesabıyla bitən görüş London təmsilçisinin futbolçusu Dele Alli üçün əlamətdar olub. Belə ki, 23 yaşlı yarımmüdafiəçi “Tottenhem” formasıyla 200-cü oyununa çıxıb.
2015-ci ildən “Tottenhem”də forma geyinən Alli bu mövsüm 16 oyunda 6 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin