![](https://komanda.az/wp-content/uploads/2023/11/1698822344_1698765732_1698765654_1698760325__131572198_lionelmessi.jpg)
21-ci əsrin ən yaxşı futbolçusu məlum olub
“İnter Mayami”nin hücumçusu Lionel Messi 21-ci əsrin ən yaxşı futbolçusu seçilib.
Komanda.az xəbər verir ki, bu barədə “FourFourTwo” portalı məlumat yayıb.
İkinci yeri Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı forvardı Kriştiano Ronaldo tutub. İlk üçlüyü “Barselona”nın və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Andres İnyesta tamamlayıb.
36 yaşlı Messi 2021-ci ildə “Barselona”dan ayrılaraq PSJ-yə keçib. O, hazırda “İnter Mayami”də oynayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin