21-ci əsrdə ən çox qol vuran afrikalı futbolçular
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 21-ci əsrdə ən çox qol vurmuş afrikalı oyunçuların siyahısını tərtib edib.
Komanda.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, birinci pillədə kamerunlu Samuel Eto qərarlaşıb.
42 yaşlı keçmiş hücumçu 21-ci əsrdə 410 dəfə rəqib qapılarına yol tapıb. Didye Droqba (Fil Dişi Sahili) 339 qolla ikinci, hazırda karyerasını Fransanın “Marsel” klubunda davam etdirən Pyerr-Emerik Obameyanq (Qabon) 336 qolla üçüncü yerdədir.
İngiltərənin “Liverpul” komandasında çıxış edən Məhəmməd Salah (Misir) isə 334 dəfə fərqlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin