21-ci əsrdə Premyer Liqanın ən yaxşı 10 futbolçusu – SİYAHI

“Goal” portalı 21-ci əsrdə İngiltərə Premyer Liqasının ən yaxşı futbolçularının reytinqini tərtib edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, birinci yerdə bir vaxtlar komandaya heç bir məğlubiyyət olmadan Premyer Liqa çempionu olmasına kömək edən “Arsenal”ın keçmiş hücumçusu Tyerri Anridir.

İkinci yerdə “Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Pol Skoulz qərarlaşıb. İlk üçlüyü isə “qırmızı şeytanlar”ın digər keçmiş futbolçusu Ueyn Runi tamamlayıb.

İlk 10-luğa həmçinin, Kevin De Bruyne, Stiven Cerrard, Frenk Lempard, Məhəmməd Salah, Patrik Vieyra, Kriştiano Ronaldo və David Silva daxildir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button