21-ci əsrdə İngiltərə millisinin ən yaxşı futbolçuları – SİYAHI
21-ci əsrdə İngiltərə millisinin ən yaxşı futbolçularının reytinq siyahısı dərc olunub.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, birinci yerdə İngiltərə yığmasının heyətində 120 oyun keçirən, 53 qol və 21 məhsuldar ötürmə ilə yadda qalan Ueyn Runi olub.
Millinin sabiq futbolçusu Devid Bekhem ikinci yeri tutub.
İlk üçlüyü isə İngiltərə milli komandasının hazırkı kapitanı Harri Keyn tamamlayıb.
Reytinqdə sonrakı yerləri Stiven Cerrard, Eşli Koul, Maykl Ouen, Rio Ferdinand, Pol Skoulz, Frenk Lempard, Rahim Sterlinq, Con Terri, Co Koul, Bukayo Saka, Qari Nevill, Cordan Pikford, Sol Kempbell, Kayl Uolker, Con Stounz, Deklan Rays, Piter Krauç, Çud Bellingem, Harri Maquayr, Qaret Barri, Luk Şou və Ceyms Milner tutublar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin