21-ci əsrdə ən çox qol vuran asiyalı futbolçular
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 21-ci əsrdə ən çox qol vurmuş asiyalı futbolçuların siyahısını tərtib edib.
Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, birinci pillədə Maldivdən olan Ali Aşfaq qərarlaşıb.
Hazırda karyerasını davam etdirən 38 yaşlı hücumçu 21-ci əsrdə 476 qola imza atıb.
Sinqapurlu sabiq forvard Aleksandar Duriç (425) ikinci, Küveytdən olan Bader Al-Mutava (362) üçüncü sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin