
Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti açıqlanıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Miloş Velebit 20 oyunçuya dəvət göndərib.
Azərbaycan yığması sentyabrın 21-də Bolqarıstan, sentyabrın 24-də Türkiyə, sentyabrın 27-də Lüksemburq millisi ilə üz-üzə gələcək. Qarşılaşmalar Bolqarıstanın Albena şəhərində təşkil olunacaq.
| 1 | Həsənov Sahib | Şamaxı |
| 2 | Fərzullayev Xəyal | Sumqayıt |
| 3 | Süleymanlı Ayxan | Sumqayıt |
| 4 | Ramazanov İbrahim | Qəbələ |
| 5 | Rüstəmov Emin | Səbail |
| 6 | Rəşidov Nuğay | MOİK |
| 7 | Məmmədov Musa | Qarabağ |
| 8 | Abbasov Rüfət | Neftçi |
| 9 | Agayev Samir | Qəbələ |
| 10 | Quliyev Nicat | Sabah |
| 11 | Şahniyarov Şahin | Qəbələ |
| 12 | Ədilxanov Edgar | Şamaxı |
| 13 | Kərimov Cavad | Kəpəz |
| 14 | Ağayev Mahmud | Zirə |
| 15 | Musayev Nurlan | Neftçi |
| 16 | Səfərov Qurban | Şamaxı |
| 17 | Hacıyev Ceyhun | SC Paderborn 07 (Almaniya) |
| 18 | Axundzadə Nəriman | Qarabağ |
| 19 | Salyanski Ağadadaş | Neftçi |
| 20 | Şəfiyev Sadiq | Turan Tovuz |
Azərbaycan – Bolqarıstan
21 sentyabr. Albena. Saat 18:00
Baş hakim: Joonas Jaanovits (Estoniya)
Baş hakimin köməkçiləri: Aron Harsing (Estoniya), Egill Gudvardur Gudlaugsson (İslandiya)
Dördüncü hakim: Helgi Mikael Jonasson (İslandiya)
Türkiyə – Azərbaycan
24 sentyabr. Albena. Saat 14:00
Baş hakim: Helgi Mikael Jonasson (İslandiya)
Baş hakimin köməkçiləri: Egill Gudvardur Gudlaugsson (İslandiya), Hristo Hadzhiyski (Bolqarıstan)
Dördüncü hakim: Georgi Ginchev (Bolqarıstan)
Lüksemburq – Azərbaycan
27 sentyabr. Albena. Saat 18:00
Baş hakim: Helgi Mikael Jonasson (İslandiya)
Baş hakimin köməkçiləri: Egill Gudvardur Gudlaugsson (İslandiya), Hristo Hadzhiyski (Bolqarıstan)
Dördüncü hakim: Georgi Ginchev (Bolqarıstan)
Bizi Facebook-da izləyin



