“2030-cu ilə qədər İspaniyada vəziyyət dəyişməsə, dünya çempionatı təxirə salınmalı olacaq”
“Real”ın və Braziliya yığmasının hücumçusu Vinisius Junior 2030-cu ildə İspaniyada keçiriləcək dünya çempionatı haqda fikirlərini bölüşüb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu hesab edir ki, İspaniya irqçilik problemini həll etməyincə 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edə bilməz:
“2030-cu ilə qədər inkişaf üçün böyük imkanlar var. Ümid edirəm ki, İspaniya kimisə dərisinin rənginə görə təhqir etməyin nə qədər ciddi olduğunu başa düşə bilər. 2030-cu ilə qədər ölkədə vəziyyət dəyişməsə, o zaman dünya çempionatı təxirə salınmalı olacaq, çünki futbolçular narahat vəziyyətdə olacaqlar”.
2030-cu il dünya çempionatı üç ölkədə – İspaniya, Portuqaliya və Mərakeşdə keçirilməlidir. Həmçinin, Uruqvay, Argentina və Paraqvayda bir matç planlaşdırılır.
Bizi Facebook-da izləyin