ÇL: 2027-ci ildə final Bakıda yox, Madriddə oynanılacaq

Bakı Olimpiya Stadionu 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi etməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

Qitənin ən nüfuzlu klub turnirinin sözügedən ildəki həlledici qarşılaşması İspaniyanın paytaxtı Madriddə yerləşən “Metropolitano” stadionunda oynanılacaq.

2027-ci ildə baş tutacaq final görüşünə ev sahibliyi etmək üçün Bakı və Madrid şəhərləri öz namizədliklərini irəli sürmüşdü.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button